Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib.
"Report"un məlumatına görə, yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.
Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub.
Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.
Qeyd edək ki, Fransa yığması ardıcıl ikinci dünya çempionatında finala vəsiqə qazanıb. "Xoruzlar" 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da eyni uğura imza atıblar. Həmin vaxt finalda Xorvatiyaya qalib gələn fransızlar dünya çempionu olublar.
Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda hesab dəyişib.
"Report"un məlumatına görə, Avropa təmsilçisi 79-cu dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib. "Xoruzlar"ın heyətində Randal Kolo Muani fərqlənib.
Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 1:0.
Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Avropa təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 5-ci dəqiqədə Teo Ernandes vurub.
Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda erkən qol vurulub.
"Report"un məlumatına görə, 5-ci dəqiqədə fərqlənən Teo Ernandes Avropa təmsilçisini hesabda önə keçirib.
Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyunu başlayıb.
"Report"un məlumatına görə, "Əl-Beyt" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Fransa və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Fransa: Uqo Lyoris (K), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Mərakeş: Yassin Bunu, Romen Saiss (K), Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.