DÇ-2022: Fransa millisi Avstraliyanı darmadağın edib

DÇ-2022: Fransa millisi Avstraliyanı darmadağın edib Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
23 Noyabr , 2022 00:59
DÇ-2022: Fransa millisi Avstraliyanı darmadağın edib

Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura yekun vurulub.

"Report"un məlumatına görə, qrupun 2-ci oyununda Fransa millisi Avstraliyanı darmadağın edib - 4:1.

Hesabı 9-cu dəqiqədə Kreyq Qudvinin vurduğu qolla avstraliyalılar açıblar. 27-ci dəqiqədə Adrian Rabyo tarazlığı bərpa edib. 32-ci dəqiqədə Olivye Jiru fransalıları hesabda önə keçirib. 68-ci dəqiqədə Kilian Mbappe 3-cü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 71-ci dəqiqədə Jiru qoyub.

Bu nəticədən sonra son dünya çempionu 3 xalla turnir cədvəlinə başçılıq edir. Danimarka və Tunis hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Avstraliya isə sonuncu sırada qərarlaşıb.

00:36

Fransa millisi Qətərdəki dünya çempionatında Avstraliyaya qarşı keçirdiyi D qrupunun I tur oyununda 4-cü qolu rəqibin qapısından keçirib.

"Report"un məlumatına görə, 71-ci dəqiqədə Olivye Jiru dubl edib. O, Kilian Mbappenin ötürməsini qola çevirib.

00:32

Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda 4-cü qol vurulub.

"Report"un məlumatına görə, 68-ci dəqiqədə Kilian Mbappe 3-cü topu avstraliyalıların qapısından keçirib - 3:1.

00:10

Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 2:1.

23:52

Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Avropa təmsilçisi fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.

Qolları avstraliyalılardan 9-cu dəqiqədə Kreyq Qudvin, fransalılardan isə 27-ci dəqiqədə Adrian Rabyo və 32-ci dəqiqədə Olivye Jiru vurub.

23:34

Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, Avropa təmsilçisi 2-ci topu rəqibin qapısından keçirib. Fransızların heyətində 32-ci dəqiqədə Olivye Jiru fərqlənib.

23:29

Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, Avropa təmsilçisi 27-ci dəqiqədə Adrian Rabyonun vurduğu qolla tarazlığı bərpa edib.

23:12

Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 9-cu dəqiqədə Kreyq Qudvin avstraliyalıları önə çıxarıb.

23:00

Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

22:13

Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.

"Report"un FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

Fransa: Uqo Loris (K), Benjamin Pavar, Dayo Upamekano, İbrahim Konate, Lukas Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Avstraliya: Metyu Rayan (K), Nataniel Atkinson, Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi