Xaçmazda xristianlar Milad bayramını qeyd ediblər
Din
- 07 yanvar, 2024
- 18:40
Xaçmazda yaşayan xristian dini icmasının üzvləri bütün dünya pravoslavları kimi Milad bayramını qeyd ediblər.
"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhərində yerləşən Nikolay Uqodnuk adına kilsədə baş keşiş, ieromonax Georgi Budaqovun iştirakı ilə müxtəlif dini ayinlər icra olunub.
Bayram mərasimində Prezident İlham Əliyevin Azərbaycanın Provaslav xristian icmasına təbriki oxunub.
Daha sonra bayram süfrəsi açılıb.
Bayrama xüsusi hazırlıq görən icma üzvləri özlərinə məxsus şirniyyat məmulatlarını süfrəyə düzüblər.
Tolerantlığın bariz nümunəsi olaraq 25-ə yaxın etnik azlıq və millətin kompakt yaşadığı Xaçmazda yerli xristianlarla yanaşı, rayonun müsəlman sakinləri də qonaq qismində bayram tədbirində iştirak ediblər.
Son xəbərlər
10:38
Azərbaycanda İİV-ə yoluxma sayı azalıb - RƏSMİ
Daxili siyasət10:38
Azərbaycan İsveçrədən qızılın tədarükünü 5 dəfəyə yaxın artırıb
Biznes10:37
Bu ilin yanvar ayında narkotiklərlə bağlı 793 cinayət faktı aşkarlanıb
Hadisə10:36
"Neftçi" 5 il sonra ilkə imza atıb
Futbol10:35
Zığ dairəsi-Hava Limanı yolunda dumanlı havaya görə sürət həddi endirilib
Daxili siyasət10:30
Azərbaycan millisinin futbolçusu Premyer Liqada 40-cı qoluna imza atıb
Futbol10:26
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına müraciət edib
Daxili siyasət10:18
Qırğızıstan Prezidenti üç naziri vəzifəsindən azad edib
Region10:17