Şöbə müdiri: Qərb KİV-lərində ksenofobiya, türkofobiya, islamofobiya geniş vüsət alıb

Şöbə müdiri: Qərb KİV-lərində ksenofobiya, türkofobiya, islamofobiya geniş vüsət alıb Qərbin kütləvi informasiya vasitələrində ksenofobiya, türkofobiya, islamofobiya geniş vüsət alıb.
Din
23 Sentyabr , 2024 14:57
Şöbə müdiri: Qərb KİV-lərində ksenofobiya, türkofobiya, islamofobiya geniş vüsət alıb

Qərbin kütləvi informasiya vasitələrində ksenofobiya, türkofobiya, islamofobiya geniş vüsət alıb.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstu Həbibbəyli Şuşa şəhərində keçirilən "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, multikulturalizmin Azərbaycan modeli isə bütün dünyaya nümunədir: "Azərbaycanda multikulturalizm həyat tərzi, dövlət siyasətidir. İdeoloji cəbhədə mediadan gözləntilər çox böyükdür. Hazırda ənənəvi mediada maarifləndirmə, peşəkar yanaşma görürük. Bunun əksinə, sosial mediada tam əks durum mövcuddur. Sosial mediada yayılan "fake" informasiyalar ənənəvi mediaya da bəzi hallarda təsirini göstərə bilir. Buna görə dini zəmində baş verən hadisələrə həssaslıqla yanaşılmasında, dezinformasiyanın yayılmasının qarşısının alınmasında ənənəvi medianın üzərinə böyük yük düşür".

Son xəbərlər

Orphus sistemi