Məscidlərdə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb

Məscidlərdə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb İyunun 27-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb. İyul ayının 1-də yekunlaşması nəzərdə
Din
27 İyun , 2024 18:24
Məscidlərdə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb

İyunun 27-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, iyul ayının 1-də yekunlaşması nəzərdə tutulan müsahibə prosesində qadın dini ayinlərin icraçısı vəzifəsi üçün 1 vakant yer üzrə müraciət edən 59 namizədin seçimi aparılacaq. Seçimlər DQİDK-nın ilahiyyatçı mütəxəssislərdən təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda aparılır. Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) elan ediləcək.

Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı vəzifəsinə təyin olunacaq.

Müsahibənin 2-6 iyul tarixlərində keçiriləcək mərhələsində isə 6 vakansiya (imam və imam müavini) üzrə 126 namizəd arasında seçim aparılacaq.

Hazırda seçimləri aparılan vakant vəzifələrə namizədlərin sənədlərinin qəbulu 13 dekabr-13 yanvar tarixlərində həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi