“Bu gün din azadlığı anlayışı bir alətə çevrilib. Müəyyən qüvvələr məqsədyönlü şəkildə cəmiyyətdə sabitliyin pozulmasına, cəmiyyətin radikallaşdırılmasına çalışırlar. Vətəndaşların da bəziləri bu hiylələrə uyur və bu məsələnin əsl mahiyyətini başa düşməyərək Azərbaycana qarşı yönəlmiş təhdidlərdə bir alətə çevrilirlər. Dindar örtüyü altında pərdələnmiş bəzi şəxslərin ötən illərdə bir sıra ağır cinayətlər törətməsinin şahidi olmuşuq. Siyasi müstəvidə də bəzi şəxsləri bunun mahiyyətini anlamadan, bəziləri isə anlayaraq öz maraqları naminə alətə, vasitəyə çevrilirlər. Bir sözlə, bəzi qüvvələr ölkədə radikallaşmaya maraqlıdırlar”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Din və insan hüquqları” mövzusunda konfransda
Komitə sədrinin müavini bildirib ki, həmin qüvvələr insanları dövlətlə, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya yönləndirirlər: “Qarşıdurmalar zamanı dövlət təhlükəsizliyini qorumaq üçün qəti addımlar atmaq məcburiyyətində qalır. Bu zaman isə dövlətin atdığı addımlar müəyyən qüvvələr tərəfindən radikal addımlar kimi dəyərləndirilir”.
S. Heydərov qeyd edib ki, son iki il ərzində Azərbaycandan radikal qruplaşmalara qoşulma halları qeydə alınmayıb: “Əksinə, həmin qruplaşmalardan kənarlaşmanın baş verdiyini görürük. 2011-ci ildən indiyədək belə qruplaşmalara qoşulanların 400 nəfərdən çoxunun vətəndaşlığı ləğv edilib. Həmin insanlar artıq Azərbaycana geri qayıda bilməzlər. 110-dan artıq şəxs məsuliyyətə cəlb edilib. Bu qruplaşmalara qoşulan digər şəxslərin də müəyyənləşdirilərək ölkəyə gətirilməsi istiqamətində aidiyyatı orqanlar tərəfindən iş aparılır. Hesablamalara görə, indiyədək 1000-dən çox şəxs bu radikal qruplaşmalara qoşulub. Onlardan 300 nəfərdən çoxunun ölməsi haqqında məlumatlar var. Amma digərləri müxtəlif ölkələrdə gizlənirlər. Eləcə də, bəzi qadınlar və uşaqlar İraq və Suriyadakı düşərgələrdə saxlanlırlar. Onların ölkəyə gətirilməsi üçün də işlər görülür. Valideynlərini itirmiş uşaqların ölkəyə gətirilməsi üçün daim işlər görülür, onların bir qismi artıq ölkəyə gətirilib. Hazırda da himayəsiz uşaqların müyyənləşdirilib ölkəyə gətirilməsi istiqamətində işlər davam edir. Orada Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar var, onların şəxsiyyətləri müəyyən edilir. Burada belə bir mürəkkəb məsələ var ki, bəzi uşaqların valideynləri müəyyənləşdirilməlidir. Azərbaycandan gedən qadınlar ərləri öldükdən sonra digər ölkələrin vətəndaşları ilə əlaqədə olaraq uşaq dünyaya gətiriblər. İndi onların da vətəndaşlıq məsələsi müəyyənləşdirilməlidir. Ona görə bu məsələ bir qədər mürəkkəbdir. Bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də var. Amma hazırda valideyn himayəsindən məhrum olan azyaşlıların müəyyən edilərək ölkəyə gətirilməsi istiqamətində ciddi addımlar atılır”.