Tbilisidə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.
"Report"un Gürcüstan bürosunun xəbərinə görə, muzeyin rəhbərliyi mədəniyyət ocağının fəaliyyəti barədə məlumat verib.
M.Qurbanlı muzeyə Qurani Kərim və digər qiymətli kitablar hədiyyə edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan muzey Azərbaycan tarixini və mədəniyyətini bu ölkədə yaşadır. Muzeydə saz, tar, eləcə də xalçaçılıq dərsləri keçirilir. Əsas məqsəd Azərbaycan mədəniyyətinin unudulmamasıdır. Burada keçirilən dərslərə azərbaycanlılarla yanaşı, xarici tələbələr də üz tutur. Onlara Azərbaycanın mədəniyyəti öyrədilir.