Dövlət Komitəsi “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirib

Dövlət Komitəsi “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib.
Din
21 Dekabr , 2023 13:31
Dövlət Komitəsi “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, QMİ sədrinin müavini Fuad Nurullayev, BBMM-in icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, arximandrit Aleksi Nikonorov, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili mövzu ilə bağlı fikirlərini bölüşüblər.

M.Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti bütün sahələrdə uğurla davam edir: "Azərbaycan dünyaya müsəlman ölkəsi olaraq nümunələr verib. Xarici ölkələrdə keçirilən tədbirlərdə, o cümlədən ölkəmizə gələn din sahəsindəki mütəxəssislər Azərbaycanın din modeli, burada yaşayan müxtəlif dini nümayəndələrə xüsusi diqqətin olmasnı xüsusi vurğulayırlar. Azərbaycanda müxtəlif dinlərə mənsub insanların birgə yaşayışı və onların burada azad şəkildə dini ibadətlərin edilməsi yaradılan şərait yüksək qiymətləndirilir. Prezidentimiz din sahəsində yeritdiyi siyasətlə din xadimləri üçün hər sahədə şərait yaradılıb. Təkcə islamdakı din xadimlərinə deyil, dini konfessiyalara da maddi dəstək ayrılması dövlətin dinə olan qayğısının nümunəsidir".

Konfrans iştirakçıları Prezident İlham Əliyevin dinin, ümumilikdə dəyərlər sisteminin qorunması və inkişafına göstərdiyi xüsusi diqqət və qayğı ilə bağlı məqamlardan bəhs edilib. "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilməsi, bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə diqqət və qayğının göstərilməsi, hər il dövlət büdcəsindən dini icmalara yardımlar ayrılması, dini bayram və mərasimlərin dövlət səviyyəsində qeyd edilməsi diqqətə çatdırılıb.

Konfrans müzakirələrlə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi