QMİ-dən "Report"a verilən məlumata görə, o, Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai Fondun və İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak edib.
Əvvəlcə Prezident
A.Paşazadə deyib ki, Qafqaz xalqları arasında yaxşı münasibətlər qiymətli tarixi irsdir: "Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi istisna təşkil edir. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü hələ də davam edir, Azərbaycan torpaqlarının iyirmi faizi hələ də bütün beynəlxalq normalara baxmayaraq, erməni ekstremistlərinin işğalı altındadır. Azərbaycan xalqının mədəni və dini mirası məhv edilir. Biz Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həllini tələb edirik".
Sonra konfrans iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət çərçivəsində A.Paşazadə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə QMİ sədrini çeçen torpağında hər zaman görməkdən məmnun olduğunu bildirən Çeçenistan lideri Azərbaycan xalqına və dövlətimizin başçısına qardaş salamlarını çatdırmağı A.Paşazadədən xahiş edib.
Qrozniya səfəri çərçivəsində QMİ sədri QMİ sədri Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Şimali Qafqaz müftiləri ilə də görüşüb, cari məsələlər ətrafında müzakirələr aparılıb.
Daha sonra Beynəlxalq İslam Liqasının Baş katibi Məhəmməd bin Əbdül Kərim əl-İsa ilə görüşən A.Paşazadə onunla İslam aləmində cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparıb.