QMİ sədri: “Məscidlərimizdə Pakistandakı terror qurbanlarının – günahsız uşaqların ruhları üçün Allaha dualar edilir”

QMİ sədri: “Məscidlərimizdə Pakistandakı terror qurbanlarının – günahsız uşaqların ruhları üçün Allaha dualar edilir” Şeyxülislam Allahşükür Paşazadə Pakistan İslam Respublikasının baş naziri Nəvaz Şərifə başsağlığı məktubu göndərib
Din
19 Dekabr , 2014 10:45
QMİ sədri: “Məscidlərimizdə Pakistandakı terror qurbanlarının – günahsız uşaqların ruhları üçün Allaha dualar edilir”

Bakı. 19 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Pakistan İslam Respublikasının baş naziri Nəvaz Şərifə başsağlığı məktubu göndərib. “Report”un xəbərinə görə, məktubda deyilir: “Qardaş Pakistan İslam Respublikasının Peşəvər şəhərində hərbi məktəbə hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına dərin hüznlə başsağlığı verir, mənfur terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfaət, bütün pakistanlı qardaşlarımıza səbr və dəyanət arzulayıram. Əmin ola bilərsiniz ki, Azərbaycan müsəlmanları kədərinizə ürəkdən şərik olur, dərdinizi bölüşürlər. Məscidlərimizdə terror qurbanlarının – günahsız uşaqların ruhları üçün Allaha dualar edilir. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətləri puç olacaq, inşallah. Qoy, Allah-Təala xalqlarımızın rifah və sabitliyinə təcavüz edənləri layiq olduqları cəzaya məhkum etsin, dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin.

Bir daha səmimi başsağlıqlarımızı qardaş Pakistan xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyirəm!”

Son xəbərlər

Orphus sistemi