Tramp beynəlxalq siyasətdə şəxsi münasibətlərin əhəmiyyətini vurğulayıb

Digər
  • 19 fevral, 2026
  • 19:00
Tramp beynəlxalq siyasətdə şəxsi münasibətlərin əhəmiyyətini vurğulayıb

ABŞ Prezidenti Donald Tramp bir sıra xarici liderləri dəstəklədiyini bildirərək beynəlxalq siyasətdə şəxsi münasibətlərin əhəmiyyətini vurğulayıb.

"Report" xəbər verir ki, o, bunu Vaşinqtonda Sülh Şurasının ilk iclasında bəyan edib.

"Mən bu önəmli görüşə gəlmək üçün uzun yol qət etmiş liderlər və yüksək rütbəli qonaqlara təşəkkür etmək istəyirəm. Bu bina sülh naminə tikilib və heç kim onun adını necə qoymağı bilmirdi. Sonra isə onu mənim şərəfimə adlandırdılar", - Tramp deyib.

Tramp Albaniyanın Baş naziri Edi Rama, Argentina Prezidenti Xavyer Miley, Macarıstanın Baş naziri Viktor Orban, Yaponiyanın Baş naziri Sanae Takaiçiyə dəstəyini ifadə edib.

"Mən Yaponiyanın Baş nazirinə də dəstək verdim. Onun seçki yarışı gərgin keçdi və o, Yaponiya tarixində ən böyük nəticə ilə qalib gəldi. Buna görə də o, məni çox sevir", - ABŞ lideri qeyd edib.

Tramp xüsusilə vurğulayıb ki, Macarıstanda keçiriləcək seçkilərdə Orbanı qeyd-şərtsiz dəstəkləyir. "Seçkilərdə o, mənim tam və qeyd-şərtsiz dəstəyimə malikdir. Avropada belə dəstək heç də hamının xoşuna gəlmir, amma eybi yoxdur. Tezliklə sizdə seçkilər keçiriləcək və düşünürəm ki, hər şey yaxşı olacaq", - o bildirib.

ABŞ Prezidenti Hindistan və Pakistan arasındakı münaqişənin həllində vasitəçiliyini xatırladaraq, Pakistan lideri Şahbaz Şərifə rəğbətini ifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti