Sentyabrda Azərbaycanda mina problemi ilə bağlı növbəti beynəlxalq konfrans keçiriləcək

Daxili siyasət
  • 17 iyul, 2026
  • 11:33
Sentyabrda Azərbaycanda mina problemi ilə bağlı növbəti beynəlxalq konfrans keçiriləcək

Bu ilin sentyabrında Azərbaycanda mina problemi ilə bağlı növbəti beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun yaranmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda minatəmizləmə fəaliyyətinə ANAMA ilə yanaşı, həm dövlət, həm də özəl qurumlar, eləcə də qeyri-hökumət təşkilatları cəlb olunub:

"ANAMA-dan başqa Müdafiə və Fövqəladə Hallar nazirlikləri, bir qeyri-hökumət təşkilatı və beş yerli şirkət bu prosesdə iştirak edir. Beynəlxalq əməkdaşlıq sahəsinə gəldikdə isə bu istiqamətə xüsusi diqqət ayırırıq. Əsas məqsədimiz Azərbaycanın üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bu sahədə mövcud problemləri, miqyasını və qarşılaşdığımız çətinlikləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün beynəlxalq konfranslar təşkil edirik. Növbəti konfransımızın da cari il sentyabr ayının əvvəllərində keçirilməsi nəzərdə tutulur".

44 - Tezliklə