Şamil Ayrım: Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı sülhün əsas şərtlərindəndir

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 09:49
Şamil Ayrım: Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı sülhün əsas şərtlərindəndir

Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı və onların mədəni abidələrinin bərpası Azərbaycanla Ermənistan arasında sülhün əsas şərtlərindəndir.

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım "Mədəni irs və qayıdış hüququ" mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

Onun sözlərinə görə, beynəlxalq hüquq hər bir insanın öz yurduna qayıdış haqqını özündə ehtiva edir:

"Bu mənada Ermənistandan zorla çıxarılan azərbaycanlıların qayıdışının təmin olunması onların təməl hüququdur. Yüz illər ərzində azərbaycanlılara məxsus həmin ərazilərdəki tarixi və mədəni abidələr məhv edilib. Azərbaycanın aşıq və xalçaçılıq sənəti tamamilə yox edilib. Bu isə xalqın mənəvi bağlarına ciddi ziyan vurur".

Türkiyəli deputat bildirib ki, beynəlxalq hüquq mədəni mirasın qorunmasını insan haqlarının bir parçası olaraq tanıyır:

"Müharibələrdən sonrakı sülh həm də mədəni-tarixi abidələrə göstərilən hörmətlə mümkündür. Bu səbəblə qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı və onların mədəni abidələrinin bərpası Azərbaycanla Ermənistan sülhün əsas şərtlərindəndir. Ermənistan 30 il ərzində işğal etdiyi əraziləri də darmadağın etmişdi. Azərbaycan isə bu gün Qarabağda yeni yollar, hava limanları, evlər inşa edir. Çünki bu torpaq Azərbaycan torpağıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti