İlham Əliyev Litva Prezidentini təbrik edib
Xarici siyasət
- 16 fevral, 2026
- 11:01
Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Son xəbərlər
04:33
Orban müxalifəti Aİ ilə gizli əməkdaşlıqda günahlandırıb
Digər ölkələr04:27
KİV: ABŞ İranla ölkənin mineral ehtiyatlarına çıxışını müzakirə edə bilər
Digər ölkələr04:00
KİV: ABŞ və Niderlandın veteran "F-16" pilotları Ukrayna səmasını müdafiə edir
Digər ölkələr03:29
"Okean Ştatı"nda baş verən atışmada şübhəli şəxs daxil olmaqla üç nəfər ölüb
Digər ölkələr03:06
Gürcüstan tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında medal əldə edib
Digər ölkələr02:47
Kanada dünyanın 40 ölkəsi ilə Trampa qarşı birləşir
Digər ölkələr02:06
Polşa hökuməti vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
Digər ölkələr01:43
Nepal həvəskar alpinistlərə Everestə çıxmağı qadağan edəcək
Digər ölkələr01:12