Hasil Abbasov: Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var
Sosial müdafiə
- 27 yanvar, 2026
- 11:40
Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var.
"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi xidməti icra edilib:
"Ötən il 1817 vətəndaş kvota çərçivəsində işlə təmin edilib, 10 min 805 nəfərə işsizlikdən sığorta ödənişi verilib".
Qeyd edək ki, işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlərə boş iş yeri üzrə işə götürdükləri işçinin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə xidmət göstərilir.
Son xəbərlər
02:07
Tramp: Venesuela ABŞ-nin 53-cü ştatı ola bilər
Digər ölkələr01:44
Antalyada baş verən avtobus qəzasında ölənlərin sayı 10-a çatıb
Region01:03
Tramp BMT-nin maliyyə problemlərini həll etməyə hazır olduğunu açıqlayıb
Digər ölkələr00:40
Bakı-Quba magistralında ağır qəza olub, bacı-qardaş ölüb
Hadisə00:25
Rusiyanın Dnepropetrovska dron hücumunda 30-a yaxın insan həlak olub və xəsarət alıb - YENİLƏNİB-2
Digər ölkələr00:00
Bu gün Azərbaycanda Gənclər Günüdür
Daxili siyasət23:44
Xartum aeroportuna üç ildən sonra ilk dəfə sərnişin təyyarəsi enib
Digər ölkələr23:29
Qaxda avtomobilin vurduğu 78 yaşlı kişi ölüb
Hadisə23:26