Azərbaycan və CECECO gənclər sahəsində əməkdaşlığı müzakirə ediblər
- 28 sentyabr, 2026
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 28-də gənclər və idman naziri Fərid Qayıbov İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubovanı qəbul edib.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı gənclər sahəsində əməkdaşlığın inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
idmaGörüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin layihə koordinatoru Nigar Şükürova, Kommunikasiya meneceri Asif Məmmədzadə iştirak ediblər.