Afrikalı fəal dövlət səviyyəsində praktiki inkluzivlik fondunun yaradılmasını təklif edib

Mədəniyyət siyasəti
  • 28 oktyabr, 2026
  • 11:16
Afrikalı fəal dövlət səviyyəsində praktiki inkluzivlik fondunun yaradılmasını təklif edib

Dövlət səviyyəsində praktiki inklüzivlik fondunun təsis edilməsi təklif olunub.

"Report" məlumat verir ki, bu təkliflə afrikalı fəal, gender üzrə məsləhətçi və icma lideri Anais Roxanne Dagrou Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş "Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi" adlı panel sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin fondda toplanan vəsaitlər gənc analar, əlilliyi olan, eləcə də ucqar kəndlərdə yaşayan qızların savadlılığının artırılmasına yönəldilə bilər:

"Eyni zamanda süni intellektlə əlaqədar tədris metodikaları məktəb proqramlarına daxil edilməlidir. Bu sayədə şagirdlər uşaq yaşlarından başlayaraq hər il mərhələli şəkildə süni intellektdən istifadə bacarıqlarına yiyələnə biləcəklər".

44 filmi