Zimbabve prezidenti hakimiyyət hərbçilərə keçdikdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb

Zimbabve prezidenti hakimiyyət hərbçilərə keçdikdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb Bakı. 17 noyabr. REPORT.AZ/ Zimbabve prezidenti Robert Muqabe ölkədə hərbçilərin vəziyyəti nəzarət altına almasından sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.
Digər ölkələr
17 Noyabr , 2017 17:23
Zimbabve prezidenti hakimiyyət hərbçilərə keçdikdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb
АР/ТАСС

Bakı. 17 noyabr. REPORT.AZ/ Zimbabve prezidenti Robert Muqabe ölkədə hərbçilərin vəziyyəti nəzarət altına almasından sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.

R.Muqabe ölkə paytaxtı Harare şəhərində yerləşən Zimbabve Universitetində diplomların verilməsi mərasiminə gəlib. O, universitetin rektoru olduğundan hər il bu mərasimə qatılır. Telekanalın məlumatına görə, tədbirə toplaşanlar onu alqışlarla qarşılayıblar.

Qeyd edək ki, noyabrın 15-də hərbçilər dövlət telekanallarına nəzarəti əllərinə aldıqlarını elan etdikdən sonra nə Zimbabve prezidenti, nə də xanımı Qreys Muqabe ictimaiyyət arasında görünmürdü.

Son xəbərlər

Orphus sistemi