Zelenski ABŞ-a müharibə üçün lazım olan yeni silahların siyahısını göndərəcək  

Zelenski ABŞ-a müharibə üçün lazım olan yeni silahların siyahısını göndərəcək   Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ rəsmilərinə Rusiya ilə müharibənin sona çatmasını sürətləndirmək üçün zəruri silahların siyahısını göndərməyi planlaşdırdığını bildirib.
Digər ölkələr
26 Fevral , 2023 03:09
Zelenski ABŞ-a müharibə üçün lazım olan yeni silahların siyahısını göndərəcək  

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ rəsmilərinə Rusiya ilə müharibənin sona çatmasını sürətləndirmək üçün zəruri silahların siyahısını göndərməyi planlaşdırdığını bildirib.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkal və Nümayəndələr Palatasının Respublikaçılar Partiyasının digər dörd üzvü ilə görüşən Zelenski Rusiya ilə müharibənin sonunu sürətləndirmək üçün qrupa F-16 qırıcıları da daxil olmaqla silahların siyahısını göndərməyi planlaşdırdığını deyib.

"ABŞ, NATO tərəfdaşlarımız və avropalı müttəfiqlərimiz arasında Rusiyanın təcavüzünə qarşı Ukraynaya dəstək vermək üçün geniş ikitərəfli dəstək var. Prezident Zelenski ilə çox məhsuldar görüş keçirdik. Biz ilk növbədə müharibədə qələbəyə olan ehtiyaclardan danışdıq. O, bu nümayəndə heyətinə Ukraynanın qalib gəlməsi üçün lazım olan silahların siyahısını təqdim edib”, - Makkal bildirib.

Son xəbərlər

Orphus sistemi