Yunanıstanın Braziliyadakı sabiq səfiri Kiriakos Amiridisin arvadı Fransuaza de Souza Oliveyra ərini 2016-cı ildə qətlə yetirdiyinə görə azadlıqdan 31 il müddətinə məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə
"Məhkəmə Fransuaza de Souza Oliveyranı 31 il, onun məşuqu, polis Serjiu Moreyrunu isə 22 il müddətinə azadlıqdan məhrum edib", - nəşr qeyd edib.
Polisin qohumu Eduard Moreyra səfirin meyitini gizlətdiyinə görə 1 il müddətinə həbs cəzası alıb. O, artıq cəzasını başa vurub.
Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis 2016-cı ilin dekabrında həlak olub. Onun yanmış meyiti Rio-de-Janeyroda avtomobildə tapılıb.
Amiridis dekabrın 26-da Rio-de-Janeyroya itkin düşüb. Səfir həmin vaxt arvadı ilə Milad məzuniyyətinə gedib. Qadın az sonra ərinin yox olması haqqında bildirib, amma təhqiqatın gedişatında məlum olub ki, Fransuaza de Souza Oliveyra özü 59 yaşlı ərinin qətlini təşkil edib.
Səfirin arvadı mənşəcə braziliyalıdır.