Yeni Kaledoniyada iğtişaşlar zamanı bir jandarm ölüb - YENİLƏNİB-2

Yeni Kaledoniyada iğtişaşlar zamanı bir jandarm ölüb - YENİLƏNİB-2 Təhlükəsizlik qüvvələri çərşənbə axşamı gecə Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində iğtişaşlar zamanı 140 nəfəri həbs edib.
Digər ölkələr
15 May , 2024 20:18
Yeni Kaledoniyada iğtişaşlar zamanı bir jandarm ölüb - YENİLƏNİB-2

Yeni Kaledoniyada iğtişaşlar zamanı bir jandarm ölüb.

“Report” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

“Yeni Kaledoniyada güllə yarası alan mobil dəstədən olan jandarm indicə keçindi. Bütün düşüncələrimiz onun ailəsi, yaxınları və həmkarlarının yanındadır. Heç nə zorakılığa haqq qazandıra bilməz. İctimai asayiş bərpa olunacaq”, - o “X” sosial şəbəkəsində yazıb.

16:36

Fransa etirazlar zamanı yüzlərlə vətəndaşın və polisin yaralandığı Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının açıqlamasında bildirilir.

11:22

Təhlükəsizlik qüvvələri ötən gecə Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində iğtişaşlar zamanı 140 nəfəri həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Yeni Kaledoniya prezidentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, iğtişaşlar nəticəsində 3 nəfər ölüb. Fransanın ali komissarı Lui Le Frank daha əvvəl açılan atəş nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını bildirib.

Ali komissar vurğulayıb ki, iğtişaşçılarla mülki müdafiə qüvvələri arasında atışma olub. Polis məntəqəsinə basqın cəhdi yaşanıb.

Fransanın daxili işlər naziri Jerald Dermanen bildirib ki, yüzlərlə insan, o cümlədən 100-ə yaxın polis və jandarm yaralanıb. Onlarla ev və ticarət obyekti yanıb.

Qeyd edək ki, Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və kütləvi tədbirləri qadağan edib.

Son xəbərlər

Orphus sistemi