​Yəməndə atışma zamanı 6 nəfər ölüb

​Yəməndə atışma zamanı 6 nəfər ölüb Ölənlər arasında üç hərbçi və üç terrorçu var
Digər ölkələr
1 Yanvar , 2016 22:57
​Yəməndə atışma zamanı 6 nəfər ölüb

Bakı. 1 yanvar. REPORT.AZ/ Yəmənin Ədən şəhərində hökumətyönlü qüvvələr ilə "Əl-Qaidə" terrorçuları arasında baş verən atışma zamanı 6 nəfər ölüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, ölənlər arasında üç hərbçi və "Əl-Qaidə"yə aid olmaqda şübhəli bilinən üç terrorçu var.

Hökumətyönlü qüvvələr Əbyan əyaləti sərhədi yaxınlığındakı buraxılış məntəqəsində terrorçuların olduğu və silah daşıyan avtomobili yoxlamaq üçün saxlayıblar. Avtomobil Ədən istiqamətində hərəkətdə olub. Yoxlama zamanı atışma başlayıb.

Son xəbərlər

Orphus sistemi