Xuan Quaydoya 15 il ərzində dövlətdə vəzifə tutmaq qadağan edilib

Digər ölkələr
  • 28 mart, 2019
  • 18:47
Xuan Quaydoya 15 il ərzində dövlətdə vəzifə tutmaq qadağan edilib

Venesuela hakimiyyəti müxalifət lideri Xuan Quaydoya 15 il ərzində dövlətdə vəzifə tutmaq qadağan etməyə qərar verib.

“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb kimi Quaydonun "maliyyə deklarasiyasında pozuntular aşkarlanması" göstərilib.

Qeyd edək ki, bu ilin yanvarında Xuan Quaydo ölkənin müvəqqəti prezidenti elan edilib.