Viktoriya Nuland: NATO-ya üzv dövlətlər Ukrayna məsələsində sərt mövqe nümayiş etdirməlidir

Viktoriya Nuland: NATO-ya üzv dövlətlər Ukrayna məsələsində sərt mövqe nümayiş etdirməlidir Ukrayna ilə qonşu dövlətlərdə Xüsusi əməliyyat idaretmə mərkəzləri yaradılmalıdır
Digər ölkələr
28 Yanvar , 2015 01:45
Viktoriya Nuland: NATO-ya üzv dövlətlər Ukrayna məsələsində sərt mövqe nümayiş etdirməlidir

BAKI. 28 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland NATO-ya üzv olan dövlətləri Ukrayna məsələsində sərt mövqe nümayiş etdirməyə çağırıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, V.Nuland Ukrayna ilə qonşu dövlətlərdə Xüsusi əməliyyat idarəetmə mərkəzlərinin yaradılmasını təklif edib.

"NATO - müdafiə strukturudur. Hədəfimiz də hədələyici addımlarla təcavüzün qarşısının alınmasıdır. Ancaq bu istənilən nəticəni verməsə digər variantlara hazır olmalıyıq", - deyə ABŞ dövlət katibinin köməkçi bildirib.

V.Nuland Rusiyaya qarşı tətbiq olunan sanksiyaların səbəbinə də aydınlıq gətirib: "Rusiyanın gücünü azaldmaq isməmirik. Qətiyyən elə bir məqsəd güdmürük. Hədəfimiz - rəsmi Moskvanın Ukrayna ilə bağlı siyasətinə təsir etməkdir". 

Son xəbərlər

Orphus sistemi