Macarıstanın Baş naziri Viktor Orban daha iki il hakim FİDES partiyasının sədri vəzifəsində qalacaq.
“Report” xəbər verir ki, bu qərar partiyanın Budapeştdəki böyük “Hungexpo” sərgi kompleksində keçirilən 30-cu qurultayının üzvləri tərəfindən qəbul edilib.
Qurultayda hökumət və parlament üzvləri də daxil olmaqla 1,5 min nümayəndə və eyni sayda qonaq iştirak edib. Orban yekdilliklə və alternativsiz olaraq yenidən FİDES partiyasının sədri seçilib.
FİDES-in qurultayında həmçinin 4 sədr müavini və partiya komitələrinin rəhbərləri seçilib. Forum nümayəndələrinin çıxışlarının əsas mövzusu Avropa İttifaqının rəhbərliyi ilə fikir ayrılıqları fonunda Macarıstanın suverenliyinin müdafiəsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, mühafizəkar ideologiyanın qorunub saxlanılması, hökumətin sosial yönümlü daxili siyasətinin davam etdirilməsi, eləcə də 2024-cü ildə Avropa Parlamentinə və yerli hakimiyyət orqanlarına seçkilərə hazırlıq olub.