Venesuelada etiraz aksiyaları zamanı 1 nəfər ölüb, 46 nəfər saxlanılıb - YENİLƏNİB

Venesuelada etiraz aksiyaları zamanı 1 nəfər ölüb, 46 nəfər saxlanılıb - YENİLƏNİB Venesuelada 15 iğtişaşçı saxlanılıbVenesuelada baş verən etirazlar fonunda vandalizm aktlarının törədilməsinə və sabitliyi pozan hərəkətlərə görə ən azı 15 nəfər saxlanılıb.
Digər ölkələr
30 İyul , 2024 12:20
Venesuelada etiraz aksiyaları zamanı 1 nəfər ölüb, 46 nəfər saxlanılıb - YENİLƏNİB

Venesuelada etiraz aksiyaları zamanı ən azı 1 nəfər ölüb, daha 46 nəfər saxlanılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda, 20-dən çox hərbçinin yaralandığı bildirilir.

Qeyd edək ki, iğtişaşlar iyulun 29-da axşam Nikolas Maduronun üçüncü dəfə qalib gəldiyi prezident seçkilərinin nəticələri elan edildikdən sonra başlayıb. Müxalifət seçkilərin nəticələrini tanımayıb, Latın Amerikasının 9 ölkəsi isə nəticələrə yenidən baxılmasını tələb edib.

Venesuela Xarici İşlər Nazirliyi buna cavab olaraq Argentina, Dominikan, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidən diplomatlarının geri çağırıldığını elan edib. Venesuela, həmçinin iyulun 31-dən etibarən Panama və Dominikan ilə hava əlaqəsinin müvəqqəti dayandırıldığını bildirib.

10:36

Venesuelada baş verən etirazlar fonunda vandalizm aktlarının törədilməsinə və sabitliyi pozan hərəkətlərə görə ən azı 15 nəfər saxlanılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab "X" sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, 15 yaşlı yeniyetmə də daxil olmaqla 9 nəfər "vandalizm aktları törədərkən və partiya qərargahlarını yandırarkən saxlanılıb.

Daha sonra baş prokuror daha 6 nəfərin tutulduğunu bildirib, onlardan 3 nəfəri sabitliyi pozmaq üçün üçün etirazlara rəhbərlik edib. Saxlanılarkən həmin şəxslərdən benzin, bir neçə "Molotov kokteyli", bıçaq və daş müsadirə edilib.

Son xəbərlər

Orphus sistemi