ÜST koronavirusun yeni variantının yayılması barədə xəbərdarlıq edib
Digər ölkələr
- 10 avqust, 2023
- 11:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun omikron ştamının yeni variantının - EG.5-in dünyada sürətlə yayıldığını bildirib.
“Report” xəbər verir ki, bu barədə qurumun hesabatında məlumat verilib.
Sənəddə qeyd edilib ki, EG.5 XBB.1.9.2-nin nəslindəndir və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır. Yeni variant ilk dəfə 2023-cü il fevralın 17-də qeydə alınıb.
“Qlobal miqyasda qeydə alınan yoluxma hallarının nisbətində davamlı artım müşahidə olunur. 29-cu epidemioloji həftədə (2023-cü il iyulun 17-dən 23-dək) EG.5-in qlobal miqyasda yayılması 17,4 faiz təşkil edib”, - hesabatda məlumat verilib.
Son xəbərlər
14:37
Kataloniyada leysan səbəbindən iki nəfər ölüb, bir nəfər itkin düşüb
Digər ölkələr14:29
Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazanıb - YENİLƏNİB
Fərdi14:15
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb
Digər ölkələr14:05
Foto
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib
Mədəniyyət siyasəti13:58
Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb - YENİLƏNİB
Fərdi13:50
Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb
Fərdi13:41
Video
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb
Region13:21
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
Digər ölkələr13:16