Nazir müavini: "Ukraynada sığınacaqların 20 faizi təyinatına görə istifadə olunmur"

Nazir müavini: "Ukraynada sığınacaqların 20 faizi təyinatına görə istifadə olunmur" Fövqəladə Hallar Xidmətinin nümayəndələrinin yenidən hesablamalarından sonra aldığımız məlumatlara görə, Ukraynada hava və digər hücumlardan qorunmaq üçün sığınacaqların 20%-i acınacaqlı vəziyyətinə görə təyinatı üzrə istifadə oluna bilmir.
Digər ölkələr
23 Oktyabr , 2023 13:31
Nazir müavini: Ukraynada sığınacaqların 20 faizi təyinatına görə istifadə olunmur

"Fövqəladə Hallar Xidmətinin nümayəndələrinin hesablamalarından sonra Ukraynada hava və digər hücumlardan qorunmaq üçün nəzərdə tutulan sığınacaqların 20%-nin təyinatı üzrə istifadə olunmadığı üzə çıxıb.

Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna strateji sənayələr nazirinin müavini Timur Tkaçenko bildirib.

Onun sözlərinə görə, Ukraynada hazırda mülki müdafiə obyektlərinin fonduna 61 803 sığınacaq daxildir. İlin sonuna kimi daha 2956 obyekt hazır olmalıdır:

"Mütəmadi olaraq auditlər aparılır və işlərin gedişinə nəzarət olunur. Fövqəladə Hallar Xidməti mövcud binaların yenidən uçotunu aparır. Sığınacaq sayı ilə bağlı rəqəm azala bilər. Çünki bəzi sığınacaqların yararsız olduğu müəyyən edilib. Eyni zamanda, ikiqat əhəmiyyətli sığınacaqların yenidən qurulması, sıfırdan təmiri və yerləşdirilməsi davam etdirilir. İlin sonuna kimi daha 2956 obyekt hazır olmalıdır", - nazir müavini bildirib.

T.Tkaçenko vurğulayıb ki, hazırda fond bütün Ukrayna əhalisinin təxminən 50%-nin ehtiyaclarını ödəyir.

Son xəbərlər

Orphus sistemi