Ukrayna beş ölkədən elektrik enerjisini idxal etmək istəyib

Ukrayna beş ölkədən elektrik enerjisini idxal etmək istəyib Ukrayna elektrik enerjisi çatışmazlığı səbəbindən beş ölkədən idxal istəyib.
Digər ölkələr
20 Oktyabr , 2024 16:42
Ukrayna beş ölkədən elektrik enerjisini idxal etmək istəyib

Ukrayna elektrik enerjisi çatışmazlığı səbəbindən beş ölkədən idxal istəyib.

"Report "xəbər verir ki, bu barədə"Ukrenerqo" şirkəti teleqram kanalında məlumat yayıb.

"İdxal gün ərzində Polşa, Rumıniya, Slovakiya, Macarıstan, Moldovadan ümumi həcmi saatda 5000 MVt, fərdi saatlarda maksimum gücü 1290 MVt - a qədər olacaq", - məlumatda bildirilir.

"Ukrenerqo" yenidən vətəndaşları eyni vaxtda güclü məişət elektrik cihazlarını yandırmamağa və elektrik enerjisinə qənaət etməyə çağırıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti ölkənin bahardan nəhəng enerji istehsalını itirdiyini, Kanevsk SES, Dneproqes, Zmievskaya İES-ə ziyan dəydiyini, Kiyev vilayətinin ərazisindəki ən böyük enerji istehsal edən obyektin - Tripolskaya İES-in məhv olunduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi