Ukrayna ABŞ və Rusiya ilə keçiriləcək görüşə güclü şəkildə hazırlaşır
Digər ölkələr
- 26 yanvar, 2026
- 23:02
Ukrayna nümayəndə heyəti böyük ehtimalla fevralın 1-də baş tutacaq ABŞ və Rusiya danışıqlar komandaları ilə yeni görüşə maksimum hazırlıqlı olacaq.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz müraciətində bildirib.
"Nümayəndə heyətlərinin bazar günü yenidən planlaşdırılan görüşünün tezləşməsi yaxşı olardı. Ukrayna müzakirə edilməli və razılaşdırılmalı olan bütün məsələlər üzrə maksimum hazırlıqlı olacaq", - o deyib.
Zelenski vurğulayıb ki, Ukrayna həmişə sülhün tərəfində olub və olacaq və müharibə indiyə qədər yalnız Rusiyanın mövqeyi səbəbindən davam edir.
Xatırladaq ki, Ukrayna, ABŞ və Rusiya nümayəndələri yanvarın 23-24-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə üçtərəfli danışıqlar keçiriblər.
Son xəbərlər
08:25
Yunanıstanda miqrantları daşıyan qayığın saxlanılması zamanı 14 nəfər ölüb
Digər ölkələr08:13
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur07:42
ABŞ Nigeriyaya kiçik hərbi kontingent göndərib
Digər ölkələr07:10
Ağ Ev İranla Omanda danışıqlar aparmağa razılıq verib
Digər ölkələr06:48
ABŞ Rusiyadan qırıcı almaq istəyən Əlcəzairi sanksiyalarla hədələyib
Digər ölkələr06:19
FTB: Kirkin qətli ilə bağlı məhkəmə prosesi illərlə uzana bilər
Digər ölkələr05:46
Al Ghad: Qəddafinin oğlunun öldürülməsi Liviyaya qarşı cinayətdir
Digər ölkələr05:05
"SpaceX" nasazlıq səbəbindən "Falcon 9"un uçuşlarını dayandırıb
Digər ölkələr04:43