Türkiyənin milli müdafiə naziri sabah Almaniyaya gedəcək

Türkiyənin milli müdafiə naziri sabah Almaniyaya gedəcək Türkiyənin milli müdafiə naziri Hulusi Akar sabah Almaniyaya gedəcək.
Digər ölkələr
25 Aprel , 2022 18:22
Türkiyənin milli müdafiə naziri sabah Almaniyaya gedəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar sabah Almaniyaya gedəcək.

“Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, o, Ukraynaya hərbi yardımla bağlı ABŞ-ın təşkil etdiyi və 30-a yaxın ölkənin müdafiə nazirlərinin iştirak edəcəyi məsləhətləşmələrdə iştirak edəcək.

Görüş Almaniyada, ABŞ Hərbi Hava Qüvvələrinin Ramştayn bazasında baş tutacaq, onu ABŞ-ın müdafiə naziri Lloyd Ostin keçirəcək.

Bildirilib ki, tədbir NATO-ya üzv ölkələrin qatılması ilə məhdudlaşmadığından Alyansdankənar dövlətlərin də iştirakı istisna edilmir.

Almaniyanın “Bild” nəşrinin yazdığına görə, müzakirələr üç mövzu ətrafında aparılacaq: Ukraynada döyüş meydanlarındakı mövcud vəziyyət; Rusiyanın hərbi hücumlarını dəf etmək üçün Ukraynaya lazım olan silah təchizatı; Rusiya qoşunlarının ölkədən çıxarılması halında müharibədən sonrakı nizam.

Son xəbərlər

Orphus sistemi