Türkiyənin milli müdafiə naziri Hulusi Akar sabah Almaniyaya gedəcək.
“Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, o, Ukraynaya hərbi yardımla bağlı ABŞ-ın təşkil etdiyi və 30-a yaxın ölkənin müdafiə nazirlərinin iştirak edəcəyi məsləhətləşmələrdə iştirak edəcək.
Görüş Almaniyada, ABŞ Hərbi Hava Qüvvələrinin Ramştayn bazasında baş tutacaq, onu ABŞ-ın müdafiə naziri Lloyd Ostin keçirəcək.
Bildirilib ki, tədbir NATO-ya üzv ölkələrin qatılması ilə məhdudlaşmadığından Alyansdankənar dövlətlərin də iştirakı istisna edilmir.
Almaniyanın “Bild” nəşrinin yazdığına görə, müzakirələr üç mövzu ətrafında aparılacaq: Ukraynada döyüş meydanlarındakı mövcud vəziyyət; Rusiyanın hərbi hücumlarını dəf etmək üçün Ukraynaya lazım olan silah təchizatı; Rusiya qoşunlarının ölkədən çıxarılması halında müharibədən sonrakı nizam.