Türkiyə və ABŞ “F-35” qırıcıları ilə bağlı dialoqa başlayacaq

Türkiyə və ABŞ “F-35” qırıcıları ilə bağlı dialoqa başlayacaq Bir qədər öncə ABŞ Türkiyəni “F-35” döyüş təyyarəsinin istehsalı proqramından çıxarıb. Buna səbəb Ankaranın Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərini alması olub
Digər ölkələr
123
7 May , 2021 15:30
Türkiyə və ABŞ “F-35” qırıcıları ilə bağlı dialoqa başlayacaq

Türkiyə və ABŞ arasında “F-35” qırıcıları ilə bağlı problemin həlli üçün dialoq başlaya bilər.

“Report” “NTV” telekanalına istinadən xəbər verir ki, Türkiyənin müdafiə sənayesi komitəsinin sədri İsmayıl Demir Ankaranın “F-35” məsələsi ilə bağlı artıq Vaşinqtondan məktub aldığını deyib.

Xatırladaq ki, bir qədər öncə ABŞ Türkiyəni “F-35” döyüş təyyarəsinin istehsalı proqramından çıxarıb. Buna səbəb Ankaranın Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərini alması olub.

“Biz artıq demişik ki, heç bir ölkə birtərəfli qaydada “F-35” proqramından kənarlaşdırıla bilməz. ABŞ-dan gələn son məktub da bizim haqlı olduğumuzu təsdiqlədi. “F-35” probleminin həlli üçün ABŞ-la dialoq başlayacaq”, – İ.Demir deyib.

Son xəbərlər

Orphus sistemi