Türkiyə ordusunun antiterror əməliyyatı davam edir, 254 terrorçu məhv edilib

Türkiyə ordusunun antiterror əməliyyatı davam edir, 254 terrorçu məhv edilib Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında davam edən “Pənçə-Qılınc” antiterror əməliyyatı zamanı 471 hədəf atəşə tutulub, 254 terrorçu məhv edilib.
Digər ölkələr
23 Noyabr , 2022 11:55
Türkiyə ordusunun antiterror əməliyyatı davam edir, 254 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında davam edən “Pənçə-Qılınc” antiterror əməliyyatı zamanı 471 hədəf atəşə tutulub, 254 terrorçu məhv edilib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edək ki, noyabrın 20-də Türkiyə ordusu Suriya və İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.

H.Akar, həmçinin vurğulayıb ki, Türkiyə ordusunun yeganə hədəfi terrorçulardır: “Bizim hansısa etnik, dini qruplarla problemimiz yoxdur. Bizim yeganə hədəfimiz PKK/YPG/PYD, DEAŞ-dır. Artıq terrorçuların hesab vermək zamanı çatıb. Onlar başa düşəcəklər ki, Türkiyə Silahlı Qüvvələri ilə oyun oynamaq olmaz”. 

Nazirin sözlərinə görə, Türkiyə ordusu şəhidlərin, terror aktında həlak olan uşaqların, müəllimlərin, bütün günahsız qurbanların intiqamını alacaq.

Son xəbərlər

Orphus sistemi