Tunisdə terror aktı nəticəsində 9 polis öldürülüb

Digər ölkələr
  • 08 iyul, 2018
  • 12:55
Tunisdə terror aktı nəticəsində 9 polis öldürülüb

Bakı. 8 iyul. REPORT.AZ/ Tunisin Əlcəzair ilə sərhədində terrorçuların hücumu zamanı 9 yerli polis əməkdaşı həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, terrorçular Əl-Faica və Saray rayonları yaxınlığından keçən avtomobil yolunda təhlükəsizlik xidməti əməkdaşlarına pusqu qurublar.

Hücumun təfərruatları məlum deyil.