Tunisdə miqrant qayığı batıb, onlarla insan ölüb
Digər ölkələr
- 21 mart, 2022
- 00:32
Tunis sahillərində qanunsuz miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Beynəlxalq Miqrasiya Təşkilatının Tunisdəki missiyası məlumat yayıb.
“Son iki gündə Nabeul sahillərində 25 meyit sudan çıxarılıb", - missiyanın tviter səhifəsində bildirilir.
Təşkilatın məlumatına görə, qayığın göyərtəsində 60 nəfər olduğu güman edilir.
Bundan əvvəl "Sinxua" xəbər agentliyi 20 nəfərin öldüyünü bildirib.
Son xəbərlər
09:32
Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb
Energetika09:31
Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə09:31
Universitetlərə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak üçün qeydiyyat başlayıb
Digər09:30
Ordubad rayonunda qaya uçqunu olub
Hadisə09:30
Azərbaycanın özəl nəşriyyatı səhmdarlarına dividend ödəyəcək
Biznes09:29
Şamaxıda 39 yaşlı kişi dəm qazından zəhərlərək ölüb
Hadisə09:23
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək
Futbol09:19
"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə09:13