Ordubadda qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb - YENİLƏNİB
Hadisə
- 16 aprel, 2026
- 16:13
Ordubad rayonunun Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində 32 ev qazsız qalıb.
"Report"un yerli bürosunun məlumatına görə, hazırda ərazidə təmir-bərpa işləri aparılır.
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.
"Report"un yerli bürosunun məlumatına görə, intensiv yağışlar nəticəsində Ordubadın Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya uçqunu olub.
Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, yol kənarındakı infrastruktura ziyan deyib.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yolun bir hissəsi nəqliyyat vasitələri üçün açılıb, digər hissəsinin açılması üçün işlər aparılır.
Son xəbərlər
17:26
Foto
Yazıçı Nihat Pir: Ədəbiyyat cəmiyyəti dəyişən ən böyük alətdir
Ədəbiyyat17:24
Aİ İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına görə daha 6 nəfərə sanksiya tətbiq edib
Digər ölkələr17:23
Mark van Bommel Belçika millisinin baş məşqçisi təyin olunub
Futbol17:13
Azərbaycandan Yunanıstana neft ixracı 22 %-dən çox artıb
Energetika17:08
Fransada meşə yanğını səbəbindən 27 yanğınsöndürən xəsarət alıb
Digər ölkələr17:07
MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
Milli Məclis16:55
Azərbaycan hotellərinin gəlirliliyini necə artırmaq olar? - ARAŞDIRMA
Turizm16:53
Foto
Emin Əmrullayev Saatlıda vətəndaşları qəbul edib
Elm və təhsil16:48