Tramp Mirziyoyevi Mayamidəki G20 sammitinə dəvət edib
Digər ölkələr
- 26 mart, 2026
- 13:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampdan 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 sammitində iştirak etmək üçün dəvət alıb.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov bildirib.
Onun sözlərinə görə, Donald Tramp öz məktubunda Şavkat Mirziyoyevin bu ilin fevralında Sülh Şurasının təsis iclasında iştirakını yüksək qiymətləndirib.
Tramp Şavkat Mirziyoyevin Özbəkistanda diqqətəlayiq nəticələr əldə etdiyini vurğulayıb və ABŞ-yə səfər etmək dəvətinə görə minnətdarlığını bildirib.
"Tramp öz məktubunda Özbəkistan prezidentini Sülh Şurasının növbəti görüşünə, eləcə də Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib", - Asadov vurğulayıb.
Son xəbərlər
09:27
Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər etməyi planlaşdırır
Region
09:13
UEFA Millətlər Liqası: Norveç Uelsi, Portuqaliya Danimarkanı qəbul edəcək
Futbol
09:10
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
Energetika
09:07
Foto
Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
Hadisə
08:47
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Region
08:32
Ronaldinyo 2015-ci ildən bəri ilk rəsmi oyununu keçirəcək
Futbol
08:27
SEPAH: Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
Region
07:55
ABŞ-də iki nəfərin öldüyü hadisənin səbəbkarı mühakimə olunmayacaq
Digər ölkələr
07:07
Mərmərə dənizində 3,9 bal gücündə zəlzələ qeydə alınıb
Region