Tokayev təyyarə qəzası ilə bağlı Putinlə telefonla danışıb

Tokayev təyyarə qəzası ilə bağlı Putinlə telefonla danışıb Rusiya tərəfinin təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Digər ölkələr
28 dekabr 2024 16:05
Tokayev təyyarə qəzası ilə bağlı Putinlə telefonla danışıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə “Report” “Akorda”ya istinadən xəbər verir.

Dövlət başçıları Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Qazaxıstan və Rusiya vətəndaşlarının faciəli şəkildə həlak olması ilə əlaqədar bir-birinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıblar.

Tokayev və Putin qəzanın səbəblərini müəyyən etmək üçün tərəflərin gördüyü işləri müzakirə ediblər. Tokayev bildirib ki, Qazaxıstanın Hökumət Komissiyası Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssislərin iştirakı ilə araşdırma aparır.

Prezidentlər aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində hərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi