İsrailin Təl-Əviv şəhərində törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Kan" radiostansiyası məlumat yayıb.
Məlumata görə, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib.
Hazırda hadisə yerinə çox sayda təhlükəsizlik qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb olunub.
İsrailin Təl-Əviv şəhərində atışma olub, yaralananlar var.
"Report" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
XİN-in məlumatına görə, hadisə nəticəsində 7 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Polis bildirib ki, naməlum şəxs avtomobillə Təl-Əvivin Çarlz Klor dənizkənarı parkında piyadaları vurub, bundan sonra o, zərərsizləşdirilib.
Bundan əvvəl "Kan" radiosu Tel-Əviv sahilində atışma nəticəsində iki nəfərin yaralandığını bildirmişdi.