Tayvanda qatar qəzası nəticəsində 54 nəfər ölüb - YENİLƏNİB-3

Tayvanda qatar qəzası nəticəsində 54 nəfər ölüb - YENİLƏNİB-3 Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb
Digər ölkələr
2 Aprel , 2021 16:26
 Tayvanda qatar qəzası nəticəsində 54 nəfər ölüb - YENİLƏNİB-3

Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 54 nəfərə, yaralıların sayı 146 nəfər çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Tayvanın Nəqliyyat Nazirliyi yayıb.

Bildirilib ki, ölənlərdən bir Fransa vətəndaşıdır. Məlumata görə, qəza zamanı qatarda 496 nəfər olub.

12:50

Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 48 nəfərə, yaralıların sayı isə 118 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Tayvanın Mərkəzi İnformasiya Agentliyi yayıb.

Bildirilib ki, hadisə aprelin 2-də səhər saatlarında Xualian qəsəbəsindəki “Dasinşuy” daxili tunelində baş verib.

Qatar 350 sərnişin üçün nəzərdə tutulan 8 vaqondan ibarət olub.

Məlumata görə, 2-ci və 3-cü vaqon relsdən çıxıb, 4-cü və 5-ci vaqonlarda isə güclü deformasiya olub.

Hadisə tuneldə yolları daşlardan təmizləyən texnika ilə qatarın toqquşması nəticəsində baş verib.

08:48

Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi informasiya agentliyi bildirib.

Məlumata görə, qəza nəticəsində 61 nəfər xəsarət alıb, daha 72 nəfər qatarların arasında bloklanıb.

Daha əvvəl bildirilib ki, hadisə zamanı 4 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb.

Qəza yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00-da) Xuayalyan rayonunda tuneldə olub. Hadisə zamanı qatarın 8 vaqonunda 350 sərnişin olub.

Bildirilir ki, ikinci və üçüncü vaqon relsdən çıxıb.

Birinci üç vaqondan artıq 60 sərnişin azad edilib, bununla yanaşı, dördüncü və beşinci vaqona güclü ziyan dəyib, hazırda xilasetmə əməliyyatı aparılır.

07:36

Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi informasiya agentliyi bildirib.

Qeyd edilir ki, qəza yerli vaxtla təxminən saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00-da) Xuayalyan rayonunda tuneldə olub.

Hadisə zamanı qatarın 8 vaqonunda 350 sərnişin olub.

Bildirilir ki, ikinci və üçüncü vaqon relsdən çıxıb.

Birinci üç vaqondan artıq 60 sərnişin azad edilib, bununla yanaşı, dördüncü və beşinci vaqona güclü ziyan dəyib, hazırda xilasetmə əməliyyatı aparılır.

Agentliyin fövqəladə xidmətlərə istinadən məlumatına görə, “qəza yerində üzərində həyat əlaməti olmayan çoxlu sərnişin var".

"Reuters" agentliyi isə bildirib ki, qəza nəticəsində azı 4 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi