Tanzaniyada bina çöküb, 13 nəfər ölüb, 84 nəfər yaralanıb

Tanzaniyada bina çöküb, 13 nəfər ölüb, 84 nəfər yaralanıb Tanzaniyanın ən böyük şəhəri Dar əs-Salamın mərkəzindəki Kariaku rayonunda yerləşən bazarda bina çöküb.
Digər ölkələr
18 Noyabr , 2024 23:00
Tanzaniyada bina çöküb, 13 nəfər ölüb, 84 nəfər yaralanıb

Tanzaniyanın ən böyük şəhəri Dar əs-Salamın mərkəzindəki Kariaku rayonunda yerləşən bazarda bina çöküb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Samiya Suluhu Həsən videomüraciətində bildirib.

Məlumata görə, xilasedicilər binanın dağıntıları altından 13 nəfərin meyitini çıxarıb, eləcə də azı 84 nəfəri dağıntılar altından çıxarıb.

Dar əs-Salamın regional komissarı Albert Çalamil çökmüş binanın zirzəmisində hələ də insanların olduğunu bildirib. Onun sözlərinə görə, zirzəmidə qalan insanlar oksigen və su ilə təmin olunub.

“Onların vəziyyəti sabitdir və biz onların sağ-salamat xilas ediləcəyinə inanırıq”, - o əlavə edib.

Hələlik qəzanın səbəbləri məlum deyil, lakin şahidlərin sözlərinə görə, buna binanın yeraltı mərtəbələrinin genişləndirilməsi işləri səbəb olub. Qeyd olunur ki, ölkə prezidenti çökmənin səbəblərinin müəyyən edilməsi, həmçinin Baş nazir Kassim Macalivanın rəhbərliyi altında Kariakuda bütün binaların vəziyyətinin yoxlanılması barədə göstəriş verib.

Son xəbərlər

Orphus sistemi