Syuzan Rays: "ABŞ İranın nüvə proqramından tam imtina tələbini dəstəkləmir"

Syuzan Rays: "ABŞ İranın nüvə proqramından tam imtina tələbini dəstəkləmir" ABŞ prezidentinin müşaviri Konqresi İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb
Digər ölkələr
3 Mart , 2015 11:31
Syuzan Rays: ABŞ İranın nüvə proqramından tam imtina tələbini dəstəkləmir

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ İsrailin qəti şəkildə irəli sürdüyü İranın öz ərazisində uranın zənginləşdirilməsindən  tam imtina etməsi tələbini dəstəkləmir. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Syuzan Rays bildirib. 

"Mən bilirəm ki, sizdən bəziləriniz Konqresi İranın uranı zənginləşdirməsindən tam imtina etməsi ilə bağlı qərar çıxarmasına çağırırsınız", - Rays qeyd edib. Lakin o vurğulayıb ki, bu real və mümkün olmayan çağırışdır. 

Raysın sözlərinə görə, hətta İranın nüvə probleminin həllinə dair danışıqlar aparan "altılıqda" olan ABŞ-ın ən yaxın tərəfdaşları belə Teherana qarşı "sülh nüvə energetikası" proqramının inkişaf etdirilməsi ilə bağlı qadağaların tətbiq edilməsi ideyasını dəstəkləmir.

ABŞ prezidentinin müşaviri növbəti dəfə Konqresi bu mərhələdə İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb. Bu addım "altılığın" İranla danışıqlarını poza, beynəlxalq arenada isə parçalanmaya gətirə bilər. Rays bildirib ki, bunun günahını isə Vaşinqtonun üzərinə qoyacaqlar.

Son xəbərlər

Orphus sistemi