Suriyada partlayışlar törədilib, ölənlər və xəsarət alanlar var

Digər ölkələr
  • 28 iyun, 2021
  • 01:18
Suriyada partlayışlar törədilib, ölənlər və xəsarət alanlar var

Suriyada partlayışlar törədilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, birinci hadisə ölkənin qərbində qeydə alınıb.

Afrin şəhərində minalanmış avtomobilin partladılması nəticəsində 3 nəfər həlak olub. Onlar arasında azyaşlı qız da var. Partlayış zamanı həmçinin daha bir neçə nəfər xəsarət alıb.

Qeyd edilir ki, digər partlayış Al-Bab şəhərində baş verib. Hadisə zamanı 1 dinc sakin həlak olub, daha 1 uşaq yaralanıb.