Sudanın qərbində yerləşən Darfur bölgəsində son günlərdə tayfalar arasında baş verən toqquşmalarda ölənlərin sayı 200-ü keçib.
“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Cənubi Darfurun paytaxtı Nyala şəhərində də səhər saatlarında Sudanın ordusu ilə çevik reaksiya qüvvələri arasında gərgin döyüşlər yenidən başlayıb. Telekanalın məlumatına görə, nəticədə azı 12 mülki şəxs həlak olub.
Qəbilə qarşıdurması zəminində ən şiddətli toqquşmalar cümə axşamı Çadla həmsərhəd bölgələrdə, xüsusən də Cənubi Darfur ştatında baş verib.
Ölkədə qarşıdurma başlayandan bəri Sudan ordusu ilə xüsusi təyinatlılar arasında gedən döyüşlər, həmçinin Darfurda müşayiət olunan silahlı qəbilələrarası toqquşmalar nəticəsində azı 5 000 nəfər həlak olub.