Stoltenberq: “NATO Şurasının iclasında Ukraynanın üzvlük prosesini müzakirə edəcəyik”

Digər ölkələr
  • 29 noyabr, 2023
  • 10:11
Stoltenberq: “NATO Şurasının iclasında Ukraynanın üzvlük prosesini müzakirə edəcəyik”

Belçikanın paytaxtı Brüsseldə NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Ukraynanın alyansa üzvlüyü istiqamətində irəliləyiş, tələb olunan islahatlar və onların həyata keçirilməsi məsələsi müzakirə olunacaq.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransında deyib.

“Bu gün bizim tarixi görüşümüz olacaq. NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində ilk iclas keçiriləcək. Bu görüş Ukraynanın NATO-ya yaxınlaşdığını nümayiş etdirir. İclasda Ukraynanın üzvlük yoluna necə dəstək ola biləcəyimizi də müzakirə edəcəyik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna ordusunun ehtiyacları və döyüş meydanındakı vəziyyət də nəzərdən keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti