Şri-Lanka Prezidenti: Qoşulmama Hərəkatı nüfuzlu bloka çevrilməlidir

Digər ölkələr
  • 19 yanvar, 2024
  • 17:50
Şri-Lanka Prezidenti: Qoşulmama Hərəkatı nüfuzlu bloka çevrilməlidir

Qoşulmama Hərəkatı özünü yenidən kəşf etməli və dəyişən dünyada qlobal Cənubun maraqlarını müdafiə edəcək nüfuzlu bloka çevrilməlidir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Uqandanın paytaxtı Kampalada Qoşulmama Hərəkatının XIX sammitində çıxışı zamanı Şri-Lanka Prezidenti Ranil Vikramasinqhe deyib.

“Təcrübə bizə göstərir ki, uğur qazanmaq üçün hamıya daha yaxşı bir dünya yaratmağa töhfə verəcək güclü və vahid Qoşulmama Hərəkatına ehtiyacımız var. Bunun üçün özümüzü yenidən kəşf etməli olacağıq”, – o vurğulayıb.

Vikramasinqheyə görə, Qoşulmama Hərəkatı artıq zəif dövlətlər qrupu deyil, çünki Asiya, Afrika və Latın Amerikasının bəzi ölkələri yaxşı iqtisadi inkişaf nümayiş etdiriblər.

44 filmi