Kaya Kallas E5 qrupunun müdafiə nazirlərinin iclasında iştirak edəcək

Digər ölkələr
  • 26 oktyabr, 2026
  • 14:29
Kaya Kallas E5 qrupunun müdafiə nazirlərinin iclasında iştirak edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas E5 qrupunun – Avropanın ən böyük müdafiə büdcəsinə malik ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Avropa Xarici Xidmətinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, iclas Parisdə keçiriləcək. Daha sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Tərkibinə Almaniya, Polşa, Fransa, İtaliya, Böyük Britaniya daxil olan "Avropa beşliyi" (E5) kimi də tanınan E5 qrupu 2024-cü ilin noyabrında Avropanın yenidən silahlanması və Ukraynaya dəstək göstərilməsində lider rolunun gücləndirilməsi ilə bağlı çağırışların artması fonunda yaradılıb.

44 filmi