Sorğu: İranda seçicilərin 66,7 faizi seçkilərdə iştirak edəcək
Digər ölkələr
- 15 may, 2017
- 01:39
Bakı. 15 may. REPORT.AZ/ İranda keçirilmiş rəy sorğusunda iştirak edən respondentlərin 66,7 faizi mayın 19-da keçiriləcək seçkilərdə səs verəcəyini bildirib.
"Report"un məlumatına görə, bu barədə "İRNA" agentliyi xüsusi sorğunun nəticələrinə istinadən xəbər verir.
Mayın 7-8-də keçirilmiş sorğuda İranın 31 vilayətinin 6 mindən çox sakini iştirak edib. Araşdırmaların nəticələri göstərir ki, respondentlərin 63,4 faizi səs verəcəkləri namizədi müəyyənləşdiriblər. Qalanları isə namizədlərini hələ müəyyənləşdirməyiblər.
Sorğuda iştirak edənlərin 16 faizindən çoxu səsvermələrdə iştirak barədə qərar vermədiklərini bildiriblər.
Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək. Seçkilərdə 56 milyondan çox insanın səsvermə hüququ var.
Son xəbərlər
12:39
Sabah yağış yağacaq
Ekologiya12:38
Martin Çunqonq: PAİ və Azərbaycan əməkdaşlığı genişləndirəcək
Milli Məclis12:35
Gürcüstan tranzit infrastrukturunu genişləndirir
İnfrastruktur12:33
Gürcüstanın dəmir yollarına yaxın 10 ildə 1,7 milyard dollar pul qoyulacaq
İnfrastruktur12:32
Foto
FHN Sumqayıtda Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilən tədbir keçirib
Daxili siyasət12:31
Azərbaycan Avropanın yeni enerji arxitekturasında: məhdud təchizatçıdan strateji elementə doğru
Energetika12:31
Foto
Azərbaycan taekvondoçuları Gürcüstandakı turnirdə üç medal qazanıblar
Fərdi12:30
Pərviz Şahbazov Neftçalada vətəndaşları qəbul edəcək
Energetika12:27