Əhməd Davudoğlu: "Son saniyəyə qədər öz namizədimizi dəstəkləyəcəyik"

Əhməd Davudoğlu: "Son saniyəyə qədər öz namizədimizi dəstəkləyəcəyik" "Biz İsmət Yılmazı hər hansı bir mərhələdə başqaları ilə bazarlıq etmək üçün namizəd göstərmədik"
Digər ölkələr
30 İyun , 2015 16:39
Əhməd Davudoğlu: Son saniyəyə qədər öz namizədimizi dəstəkləyəcəyik

Bakı. 30 iyun. REPORT.AZ/ "Bizim Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə bir namizədimiz var. Son saniyəyə qədər ancaq onu dəstəkləyəcəyik. Biz İsmət Yılmazı hər hansı bir mərhələdə başqaları ilə  bazarlıq etmək üçün namizəd göstərmədik". "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu partiyasını təmsil edən deputatların qrup toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, məclis sədri postuna seçki koalisiya hökumətinin qurulması ilə əlaqəli olmadığı kimi, prezident də koalisiya müzakirələrinin parçası deyil və bundan sonra da olmayacaq: "Biz müəyyən qadağaları, zəncirləri sındıra-sındıra bu yerə gəlmişik. Bundan sonra da heç bir qadağaya boyun əyməyəcəyik və ya kiminsə ayağının altını qazmağa icazə verməyəcəyik".

Qeyd edək ki, bu Türkiyə Böyük Millət Məclisinə yeni sədrin seçkisi başlayır.  

Son xəbərlər

Orphus sistemi